RU

İran və  Avropa üçlüyü danışıqlar aparacaq 

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı, Fransa, Britaniya və Almaniyanın XİN başçıları, eləcə də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı keçiriləcək. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat yayıb.

Telefon danışığının əsas mövzusu nüvə danışıqlarının son vəziyyəti, İranın istəkləri və xüsusilə də sanksiyaların ləğvi ilə bağlı məsələlər olacaq. Bundan əlavə, İran tərəfi nüvə obyektlərinə qarşı həyata keçirilən hücumları “cinayət aktı” kimi qiymətləndirir və bu hücumlara görə qarşı tərəfin məsuliyyət daşımalı olduğunu vurğulayacaq.

Qeyd olunub ki, bu danışıqlar İranın nüvə proqramı ilə bağlı beynəlxalq dialoqun davam etdirilməsi və diplomatik təşəbbüslərin gücləndirilməsi baxımından önəmli sayılır.

Избранный
2
2
veteninfo.az

3Источники