“Mastodon” musiqi qrupunun həmtəsisçisi Brent Haynds Atlantada motosiklet qəzasında ölüb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə qrupunun instaqramdakı səhifəsində xəbər verilib.
“Biz hədsiz kədər və hüzn içindəyik. Brent Haynds dünən gecə faciəvi hadisə nəticəsində dünyasını dəyişib”, – paylaşımda deyilir.
Yerli xəbər agentliyi “Atlanta News First” məlumat verib ki, Haynds “Harley Davidson” motosikletinin yolsuzluq avtomobili ilə toqquşması nəticəsində ölüb.