RU

Prezident və birinci xanım Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

 

Senzor.az bildirir ki, sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri  Baxşalı Hətəmovun və Rəfayət Musayevin evlərində oldular.

**

Prezident və xanımı Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə də tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər.

 

Daha sonra dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər.

 

Daha ətraflı videomaterialda:

Избранный
34
senzor.az

1Источники