Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk"ə müsahibəsində Zəngəzur dəhlizi barədə danışıb. O qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq. O, bildirib ki, xarici kredit sənədləri imzalandığı üçün heç bir maliyyə problemi yoxdur: "Şirkət maliyyələşdirməni gözləmə nöqtəsində deyil, 2,4 milyard dollarlıq layihədir. O, Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək. Bu, 43 kilometrlik xəttdir. Dörd, ən geci beş il sonra bu dəhlizi tam şəkildə işə salacağıq". Mətləb Salahov