RU

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi - FOTO

Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

FOTO QALEREYA
Избранный
9
38
avtosfer.az

10Источники