RU

“AMEA–80” döş nişanı

Yubiley münasibətilə AMEA-nın 80 illik yubiley döş nişanı hazırlanıb və ilk dəfə olaraq Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyli, Lev Landau, Əziz Səncər döş nişanları da təsis ediləcək.

Akademiyadan mətbuata bildirilib ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyətində akademiyanın 80 illiyinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə söyləyib.

AMEA-nın 80 illik yubileyinin ilk dəfə olaraq beynəlxalq elmi təşkilatların rəhbərlərinə, dünyanın müxtəlif qitələrindən olan tərəfdaş akademiyalarının, o cümlədən türk dünyası akademiyalarının prezidentlərinə dəvət məktublarının göndərildiyini bildirib, artıq onların əksəriyyətinin dəvəti qəbul etdiklərini diqqətə çatdırıb.

AMEA-nın 80 illik yubileyi çərçivəsində Türk dünyası akademiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə dair ayrıca bir iclasın keçirilməsi də nəzərdə tutulub.

XQ

Избранный
15
7
xalqqazeti.az

8Источники