Bakı. Trend:
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər yekunlaşmaqüzrədir.
Trend xəbər verir ki, busözləri Kəlbəcərə təşkil olunmuş media tur iştirakçılarınaaçıqlamasında AAYDA Lahiyələr üzrə mühəndisi Əyyub Huseynovbildirib.
"Tunelin tikintisi zamanı bütün təhlükəsizlik tədbirlərigörülüb. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağsilsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağsilsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədəkartır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçünMurovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesabedilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindənbiridir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlıolacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsindəMurovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dördtunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədənqazma, kəmər-beton və digər texniki işlərin çoxu artıqyekunlaşdırılıb", - deyə o bildirib.
Əyyub Huseynov həmçinin bildirib ki, tunelin açılışı gələn ilənəzərdə tutulub. Avtomobil yolu layihəsi çərçivəsində ümumilikdəişlərin 87 faizi icra olunub
Qeyd edək ki, avqustun 21-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev və Birinci xanım Mehriban ƏliyevaToğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanışolublar.