Azərbaycan Respublikası Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvü olaraq təqdim olunmuş sənədləri təhlil edən və yoxlayan, ssenariləri bədii qiymətləndirilən, iqtisadi göstəriciləri dəyərləndirən şəxslərə vəsait ödəyəcək.
Pravda.az-ın xəbərinə görə, bu şəxslər Qasımov İlham Zakir oğlu, Mərdan Orxan Şiruyyə oğlu, Bədəlov Nadir Xadmətulla oğlu, Şeyxov Yusif Mansur oğludur.
Onların hər birinə 4 000 AZN vəsait ödənilib.
“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi və adı çəkilən şəxslərlə bağlanılan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 22 Avqust 2025, 08:16