Əməkdar incəsənət xadimi Məlahət Abbasova illərdir küsülü olduğu Xalq artisti Röya Ayxana barışıq əli uzadıb.
Publika.az xəbər verir ki, aktrisa qalmaqal yaşadığı estrada ulduzuna atası Yaqub Nəcəfovun vəfatı ilə əlaqədar başsağlığı verib.
O, instaqramda R. Ayxana “Allah atanıza rəhmət etsin, məkanı cənnət olsun, nur içində yatsın. Başınız sağ olsun” şərhini yazıb.