RU

ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib

Vaşinqton administrasiyası ABŞ-nin kəşfiyyat dairələrinə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva və Kiyevlə aparılan danışıqlarla bağlı “Beş Ggz” qərb alyansının üzvlərinə heç bir məlumat verməməyi əmr edib.

“Report” xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Amerika rəsmiləri arasındakı mənbələrin məlumatına görə, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Amerika kəşfiyyat agentliklərinə bu alyansın üzvlərinə Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı heç bir məlumat verməməyi əmr edib. ABŞ-dən başqa, alyansa Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiya daxildir.

Qabbard müvafiq sənədi iyulun 20-də imzalayıb. Sənədə əsasən, kəşfiyyat məlumatları əvvəllər dərc olunmayıbsa, başqa dövlətlərin vətəndaşlarına verilə bilməz. Qadağa birbaşa danışıqlara aid olmayan və diplomatik kanallar vasitəsilə alınan məlumatlara, eləcə də hərbi əməliyyatları asanlaşdırmaq üçün Kiyevə ötürülən məlumatlara şamil edilmir.

Qadağanın səbəbləri barədə məlumat verilmir.

Избранный
20
1
report.az

7Источники