RU

Kolumbiyada yaraqlılar polis helikopterini vurublar, ölən və yaralananlar var

Kolumbiyanın şimalında "Mərkəzi Komandanlıq" silahlı qruplaşmasının üzvləri tərəfindən vurulan helikopterin qəzaya uğraması nəticəsində 8 polis əməkdaşı ölüb, 8-i yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə ölkə Prezidenti Qustavo Petro “X” sosial şəbəkəsində məlumat verib.

"Biz Amalfi bələdiyyəsində koka bitkilərini məhv etmək missiyasını yerinə yetirmək üçün işçiləri daşıyan helikopterdə olan səkkiz polis əməkdaşının öldüyünü təəssüflə bildiririk. Səkkiz polis əməkdaşı yaralanıb", - o yazıb.

Prezidentin sözlərinə görə, helikopterin qəzaya uğramasına görə məsuliyyəti Antiokiya departamentində fəaliyyət göstərən “Mərkəzi Komandanlığın” 36-cı cəbhəsi daşıyır.

Regionun qubernatoru Andres Xulianın sözlərinə görə, təyyarə dronla vurulub.

Избранный
28
1
report.az

10Источники