RU

Qazaxıstanda çoxlu sayda silah sursat ələ keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Astana, 22 avqust, AZƏRTAC

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) silah və sursatın qanunsuz dövriyyəsi ilə mübarizəyə dair sistemli tədbirlər görür.

AZƏRTAC Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun əvvəlindən MTK polis orqanları ilə birlikdə və prokurorluğun koordinasiyası ilə Astana, Şımkent şəhərlərində, Atırau, Jambil, Qaraqanda, Pavlodar, Şimali Qazaxıstan vilayətlərində və Ulıtau vilayətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 12 “Kalaşnikov” avtomatı, 6 tapança, 15 tüfəng, 3 qumbara və 500-dən çox sursat müsadirə edilib.

Qeyd edilən faktlarla bağlı istintaq-əməliyyat tədbirləri aparılır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
azertag.az

2Источники