RU

Kolumbiyada aviabazaya hücum nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb

Kolumbiyanın Kali şəhərində hərbi hava qüvvələrinin bazası yaxınlığında partlayış nəticəsində azı 5 nəfər ölüb, 36 insan yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər hökuməti məlumat yayıb.

"Kali növbəti dəfə narkoterrorçuların hücumunun qurbanı oldu. Bir neçə dəqiqə əvvəl hava qüvvələri bazasının yaxınlığında yük maşını partladı", - şəhər meri Alexandro Eder sakinlərə müraciətində deyib.

Kali hökumətinin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, zərərçəkənlərə kömək üçün şəhərin bütün xilasetmə xidmətləri cəlb olunub. "Səlahiyyətlilər ilkin olaraq 5 nəfərin öldüyü və 36 nəfərin yaralandığı barədə məlumat verir", - məlumatda deyilir.

Eder hücuma görə məsuliyyət daşıyanların tapılmasına kömək edəcək məlumatlara görə mükafat vəd edib. Səlahiyyətlilər həmçinin yerli vaxtla saat 04:00-a qədər yük maşınlarının hərəkətinə məhdudiyyətlər qoyub.

Избранный
36
2
report.az

10Источники