RU

“Mastodon” qrupunun gitaraçısı ABŞ-də yol qəzasında ölüb

“Mastodon” metal musiqi qrupunun həmtəsisçisi Brent Haynds Atlantada motosiklet qəzasında ölüb.

"Report"un məlumatına görə, bu barədə qrupunun instaqramdakı səhifəsində xəbər verilib.

“Biz hədsiz kədər və hüzn içindəyik. Brent Haynds dünən gecə faciəvi hadisə nəticəsində dünyasını dəyişib”, - paylaşımda deyilir.

Yerli xəbər agentliyi “Atlanta News First” xəbər verib ki, Haynds “Harley Davidson” motosikletinin yolsuzluq avtomobili ilə toqquşması nəticəsində baş verən qəzada dünyasını dəyişib.

Избранный
31
2
report.az

5Источники