Malayziya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Malayziyanın Pahang əyalətində havaya qalxdıqdan az sonra alovlanaraq qəzaya uğrayıb.
APA xəbər verir ki, F/A-18D Hornet tipli reaktiv təyyarə Kuantandakı Sultan Əhməd Şah Beynəlxalq Hava Limanından havaya qalxarkən alovlanıb.
Məlumata görə, qəzaya uğrayan təyyarənin pilotları qəzadan sağ xilas olublar.
Qəza ilə bağlı araşdırma başladılıb.