RU

Tramp administrasiyası 55 milyon ABŞ vizası sahibini pozuntulara görə yoxlayacaq

Donald Trampın administrasiyası ABŞ vizasına malik 55 milyondan çox insanı ölkədən deportasiya ilə nəticələnə biləcək pozuntulara görə yoxlayacaq.

Operativ Media xəbər verir ki, bu haqda "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin sözlərinə görə, Dövlət Departamenti “gecədə qalma, cinayətlər, ictimai təhlükəsizliyə təhdidlər, hər hansı formada terror fəaliyyətində iştirak və ya terror təşkilatlarına dəstək” kimi sübutlar olarsa, vizaları ləğv etməyə hazırdır.

Избранный
37
1
operativmedia.az

2Источники