RU

ABŞ və Kanada Rusiya-Ukrayna münaqişəsi üzrə sülh danışıqlarını müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Kanadanın xarici işlər naziri Anita Anand ilə görüşüb.

"Report" bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Tərəflər Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları müzakirə ediblər.

Rubio və Anand həmçinin Haitidə təhlükəsizliyin təmin edilməsi və HƏMAS-ın Qəzzada sülh prosesi üçün yaratdığı maneələrin aradan qaldırılması səyləri, eləcə də region ölkələrinin Çinin hərəkətlərinə reaksiyasını gücləndirmək mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
24
report.az

1Источники