RU

Netanyahu müharibəyə son qoymaq üçün danışıqlara göstəriş verdi

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza şəhərinin ələ keçirilməsi planlarını təsdiqləmək üçün Qəzza zolağına gəlib və burada bütün girovların azad edilməsi ilə bağlı danışıqların bərpası üçün göstəriş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazir videomüraciətdə deyib. 

“Mən Qəzza zolağına İsrail ordusunun şəhəri ələ keçirmək və HƏMAS-ı məğlub etmək planlarını təsdiqləmək üçün gəldim. Eyni zamanda, bütün girovların azad edilməsi və İsrail üçün məqbul şərtlərlə müharibənin dayandırılması ilə bağlı danışıqlara dərhal başlamaq əmrini verdim. Biz qərar qəbul etmə mərhələsindəyik”, - Netanyahu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
4
yeniavaz.com

6Источники