RU

Tramp: ABŞ iki həftə ərzində Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişə bilər

ABŞ sülh yolu ilə nizamlanmanın mümkün olmayacağına qərar verərsə, təxminən iki həftə ərzində Rusiyaya və Ukraynadakı münaqişəyə münasibətini dəyişə bilər.

Operativ Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Amerika radiostansiyalarından birinə müsahibəsində ondan Ukraynada sülhün olub-olmayacağı soruşulub. "Mən sizə xəbər verəcəm. Deyərdim ki, iki həftə ərzində biz bu və ya digər şəkildə biləcəyik. Bundan sonra fərqli yanaşmamız lazım ola bilər", — ABŞ administrasiyasının rəhbəri təfərrüatlara varmadan cavab verib.

Избранный
12
7
operativmedia.az

8Источники