RU

Qərbi Azərbaycanın qədim irsini əks etdirən “Qoçdaş və Atdaş Abidələri” fotojurnalı təqdim olundu

“İnnovativ Təşəbbüslər” Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycanın qədim irsi – Qoçdaş və Atdaş abidələri” layihəsi çərçivəsində hazırlanan fotojurnalın təqdimat mərasimini keçirib.

Tədbirdə alimlər, tarixçilər, mədəni irs üzrə mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai Birliyin sədri Əşrəf Əhmədov fotojurnalın hazırlanma prosesi, onun elmi, tarixi və ictimai əhəmiyyəti barədə məlumat verərək bildirib ki, qoçdaş və atdaş abidələri yalnız qəbirüstü daş heykəllər deyil, həm də qədim türk dünyagörüşünün, qəhrəmanlıq fəlsəfəsinin və milli kimliyin daşıyıcılarıdır.
Tarixçi alim Rizvan Hüseynov çıxışında vurğulayıb ki, fotojurnal işğal dövründə dağıdılmış və saxtalaşdırılmış abidələrin sənədləşdirilməsi, tarixi yaddaşda qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Fotojurnalın əsas məqsədləri:
•Elmi ictimaiyyət üçün vizual mənbə yaratmaq,
•Mədəni irsin qorunmasına çağırış etmək,
•Gənc nəsildə milli şüur və tarixi yaddaşı gücləndirmək,
•Abidələrin beynəlxalq səviyyədə tanıdılması və hüquqi müdafiəsini təmin etməkdir.
Layihə müəllifləri hesab edirlər ki, Azərbaycan qoçdaş və atdaş abidələrinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış etməli, bu abidələr yalnız regional deyil, ümumtürk mədəniyyətinin və bəşəri irsin bir hissəsi kimi tanıdılmalıdır.
Təqdimat zamanı qeyd olunub ki, fotojurnal təkcə tarixi irsin bərpası və təbliği üçün deyil, həm də Azərbaycanın beynəlxalq mədəniyyət məkanında təmsilçiliyinin gücləndirilməsi üçün mühüm addım olacaq.
image-bfef34e0-8545-46f7-92cf-3c3b8a72645e image-ef120cae-98e8-4073-ae61-2ea786d4031c image-c9ebbd5b-f7df-416d-b63d-fbff80c048df image-566c52b8-ac52-4c85-ba53-3d267473d776 image-714b5f25-2fb0-4c15-a1c4-e0b068730459
Избранный
23
5
infoaz.ws

6Источники