RU

ABŞ Dövlət katibi Ukraynanın təhlükəsizlik təminatında iştirak edəcək Avropa rəsmiləri ilə konfrans keçirəcək

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaşinqton, 21 avqust, AZƏRTAC

Avqustun 22-də ABŞ Dövlət katibi Marko Rubio Ukraynanın gələcək təhlükəsizlik təminatlarında rol oynaması gözlənilən Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə telefon vasitəsilə konfrans keçirəcək.

AZƏRTAC-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə yüksək səviyyəli ABŞ rəsmisi bildirib.

Marko Rubio ilə danışıqlarda hansı ölkələrin təmsil olunacağı açıqlanmayıb.

Qeyd edək ki, Kiyevin sülh sazişini imzalamaq üçün şərtlərindən biri yaxın illərdə Rusiyanı növbəti işğaldan çəkindirmək üçün Qərbdən hərbi dəstək təminatı almaqdır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
2
azertag.az

3Источники