RU

Polşa Ukraynaya əlavə təhlükəsizlik zəmanəti verməkdən imtina edib

Polşa

Varşavanın Ukraynaya kömək edə biləcəyi yeganə yol “istəklilər koalisiyası”ndakı müttəfiqlərinə maddi-texniki dəstəkdir.

Xalqcebhesi.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.

Nazir qeyd edib ki, Polşa Ukrayna ərazisinə öz hərbçilərini göndərməyi planlaşdırmır. Onun sözlərinə görə, Polşa NATO-nun şərq cinahını qorumaq üçün infrastruktur dəstəyi yaratmalı və müttəfiq qüvvələrə Polşa ərazisində dəstək təmin etməlidir. Nazir əlavə edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri təmin etmək məsələsində ABŞ-ın bu zəmanətləri verməyə hazır olması əsas rol oynayır.

Məryəm Quliyeva

Избранный
8
xalqcebhesi.az

1Источники