RU

Qəzzada daha 2 fələstinli aclıqdan ölüb

Qəzzada

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi bölgədə aclıqdan ölənlərlə bağlı açıqlama yayıb.

Açıqlamada İsrailin blokadası və hücumları altında Qəzzada tətbiq edilən aclığın can almağa davam etdiyi, son 24 saatda daha 2 fələstinlinin aclıq və qida çatışmazlığından öldüyü qeyd edilib.

Açıqlamada həmçinin İsrailin 7 oktyabr 2023-cü il tarixində başlayan hücumları və blokadasından sonra Qəzzada aclıqdan ölənlərin sayının 112-si uşaq olmaqla 271 nəfərə çatdığı vurğulanıb.

Избранный
6
xalqcebhesi.az

1Источники