RU

Ərdoğanla Makron arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər iki ölkə arasındakı əlaqələr, Rusiya və Ukrayna arasındakı sülh prosesi, Qəzzadakı son vəziyyət başda olmaqla bir çox regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Ukrayna - Rusiya müharibəsinin ədalətli sülhlə başa çatdırılması üçün Türkiyənin səylərini davam etdirdiyini, Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini bildirib.

Türkiyə lideri ölkəsinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında hər cür səylərə ev sahibliyi etməyə hazır olduğunu da vurğulayıb.

Избранный
46
1
demokrat.az

10Источники