RU

Türkiyə Müdafiə Nazirliyi: Ukrayna müharibəsi ilə bağlı əsas prioritet atəşkəsə nail olmaqdır  

Ukraynadakı müharibə məsələsində prioritet Moskva ilə Kiyev arasında atəşkəsə nail olmaqdır. Bundan sonra müəyyən missiyaların çərçivəsini tərtib etmək və müxtəlif ölkələrin bu cür təşəbbüslərə töhfəsini müəyyənləşdirmək mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə cümə axşamı, avqustun 21-də Türkiyənin Milli Müdafiə Nazirliyi bəzi media orqanlarının Türkiyə sülhməramlı kontingentinin Ukraynaya göndərilməsi planları ilə bağlı iddialarını şərh edərkən bildirib.

Nazirlik Ankaranın regionda sülh və sabitliyin təmin edilməsinə mümkün töhfə verməyə hazır olduğunu və bu istiqamətdə bütün təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Eyni zamanda, Türkiyə Müdafiə Nazirliyi təşəbbüs üçün konkret əsas yaratmadan Ukraynada sülhməramlı missiya mövzusunun müzakirəsini “səhv” addım adlandırıb.

Избранный
1
2
azerbaijan-news.az

3Источники