RU

Gəncədə dəmir konstruksiya aşdı - Yaralılar var-Fotolar

Gəncədə tikinti-bərpa işləri aparılan ərazidə quraşdırılan dəmir konstruksiyanın aşması nəticəsində biri azyaşlı olmaqla, üç nəfər xəsarət alıb.

“Qafqazinfo” Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilir ki, binaların üzlüyünün yenilənməsi zamanı quraşdırılmış dəmir konstruksiya aşaraq insanların üzərinə düşüb.

İlkin ehtimallara görə, xəsarət alan şəxslər həmin ərazidən keçənlərdir.

Hadisə iə bağlı araşdırma davam edir.

Məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:20 radələrində biri azyaşlı olmaqla 2 nəfər (1 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif növ yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.




Избранный
25
1
qafqazinfo.az

8Источники