RU

Sabah Oğuz və Qaxda qaz olmayacaq

Sabah Oğuz və Qax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Cebheinfo.az"-a  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)"Azəriqaz"İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində "ölcü qovşaqları"nın quraşdırılması məqsədi ilə avqustun 22-də saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində cəmi 1 421 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaxbaş kəndində cəmi 204 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

"Cebheinfo.az" 

Избранный
17
32
cebheinfo.az

10Источники