Ukrayna ordusu Krımda Cankoy dəmir yolu stansiyasında əməliyyat keçirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından məlumat verilib.
“Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri Cankoy dəmir yolu stansiyası yaxınlığında xüsusi əməliyyat həyata keçirib. Əməliyyat avqustun 21-nə keçən gecə baş tutub. Xüsusi təyinatlılar rusların yanacaq dolu qatarına hücum edib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, hücum nəticəsində rus ordusunun cənub qruplaşmasının təminatında çətinliklər yaranıb.
Axar.az