RU

Bakıda mənzillərin nə qədər bahalaşdığı məlum oldu

"Bakıda mənzil bazarında hazırda qiymət artımı açıq şəkildə müşahidə olunur. 2024-cü ilin müvafiq dövründə orta hesabla ilkin bazarda qiymətlər 14 faiz, təkrar bazarda isə 15 faiz artıb".

Bu sözləri Far.Az-ə açıqlamasında əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin analoji dövründə isə artım daha da sürətlənərək müvafiq olaraq 18–20 faizə çatıb:

"Bu rəqəmlər göstərir ki, bazarda bahalaşma sabit deyil, ildən-ilə daha sürətli artır. Məsələn, bunu kvadratmetrlə ifadə etsək, bir kvadratmetri 2500 manata satılan mənzil hazırda 2875 manatdan təklif edilir. Bu isə orta ölçülü – 70 kvadratmetrlik mənzil üçün əlavə 26 min manatdan çox əlavə xərc deməkdir.

Qiymət artımının əsas səbəbləri arasında tikinti materiallarının bahalaşması xüsusi rol oynayır. Bundan başqa, əhalinin artan tələbatı və yeni premium tikililərin sayı da qiymətləri yuxarı çəkir. Bütün bu amillər birlikdə bazarda davamlı bahalaşma tendensiyası yaradır".

Orxan Hüseyn

Избранный
9
1
far.az

2Источники