RU

“İmişli” klubu Quba stadionunda təmir işlərinə başlayıb Şəkillər

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İmişli” Futbol Klubu Quba Olimpiya İdman Kompleksinin stadionunda təmir işlərinə start verib.

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, komandanın Premyer Liqada iştirakını təmin etmək məqsədilə “İmişli” PFK ev oyunlarını keçirəcəyi Quba Olimpiya İdman Kompleksi stadionunda artıq bir müddətdir təmir və yenidənqurma işlərinə başlayıb. 

Hazırda stadionda Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirilir. Paltardəyişmə otaqları, o cümlədən hakimlər, AFFA nümayəndələri üçün nəzərdə tutulan otaqlar müasir standartlara uyğunlaşdırılır. 

Konfrans zalı yaradılıb, media zonası hazır vəziyyətə gətirilir. O cümlədən CBC Sport-un yayım tələblərinə uyğun texniki platformalar quraşdırılır. 

Bildirilib ki, “İmişli” PFK ev oyunlarını sentyabr ayından etibarən Quba şəhərində keçirməyi planlaşdırır. Bu məqsədlə bütün zəruri addımlar atılıb və prosesə nəzarət diqqətlə həyata keçirilir. 

"İmişli” PFK olaraq bütün azarkeşlərimizin dəstəyini hər zaman hiss edir və bu yolda onlarla birgə irəliləyirik.  İnanırıq ki, tezliklə komandanı yenidən İmişlidə birlikdə dəstəkləyəcəyik" - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, İmişli şəhər stadionundakı problemlərlə əlaqədar klub Premyer Liqada ev oyunlarını Quba stadionunda keçirmək istəyirdi. Amma orada PFL tərəfindən irəli sürülən texniki tələblər yerinə yetirilmədiyinə görə klub hələlik rəqiblərini Şamaxıda qəbul edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
10
qol.az

10Источники