RU

Hüseyn Həsənovun Rusiyadakı şirkəti BAĞLANDI

Rusiyada Federal Vergi Xidməti bloger Hüseyn Həsənovun təsis etdiyi şirkətin fəaliyyətini dayandırıb.

Bu barədə "Zvezdaç" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Həsənov şəxsi inkişaf kurslarını satmaq üçün "Banda" MMC-ni yaradıb.

Bildirilir ki, şirkətin hüquqi ünvanı və vəzifəli şəxslər barədə təqdim edilən məlumatların saxta olduğu üzə çıxıb.

Vergi xidməti şirkəti ləğv etmək qərarını verib, artıq onun hesabları da bloklanıb.

Qeyd olunur ki, məhkəmə işlərindən bir qədər əvvəl şirkətin təsisçiləri siyahısından çıxan blogerin kursları ilə bağlı məhkəməyə 2 milyon 675 min rubl məbləğində 2 iddia daxil olub./Milli.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
1
olaylar.az

3Источники