RU

Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR

Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçirilib.

"Cebheinfo.az"  xəbər verir ki, Beyləqan rayon Olimpiya İdman Kompleksində keçirlən əmək yarmarkasında RİH başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Ruslan Məmmədli, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri iştirak ediblər.

Əziz Əzizov yarmarkanın açılış mərasimində çıxış edərək ölkədə sosial-iqtisadi inkişafın və regionlarda həyata keçirilən dövlət proqramlarının yeni məşğulluq imkanları yaratdığını bildirib. O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Daha sonra tədbir iştirakçıları yarmarka ilə tanış olub.

Qeyd edək ki, yarmarkada 15 müəssisə üzrə müxtəlif sahələr istiqamətində 115 vakansiya təqdim olunub. Yarmarkada iştirak edən şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib, müraciət etmək istəyən vətəndaşlarla ilkin sorğular aparılıb.





"Cebheinfo.az" 

Избранный
13
2
cebheinfo.az

3Источники