"Neftçi" iki futbolçusunu əvəzedici heyətə göndərib.
Klubdan "Report"a verilən məlumata görə, baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar.
Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.