RU

Həyat yoldaşımın başını kəsdilər - Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlı

Bakı. Trend:

Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəməprosesində zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək, 1992-ciilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri iləbirlikdə girov götürüldüyünü deyib.

Trend xəbər verir ki, RəhiləHacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib. Qeyd edib ki,1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayandaməcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. Xocalı faciəsizamanı isə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindəngirov götürülüblər.

Zərərçəkmiş şəxs həyat yoldaşının döyüşlərdə iştirak etdiyini,ermənilərin onun qətli üçün pul mükafatı ayırdığını bildirib:“Həyat yoldaşımın başını kəsdilər. On yaşlı qızımı ikincimərtəbədən atdılar, ayağı sındı. Bizə girovluqda çoxlu əzab-əziyyətverdilər”.

Rəhilə Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrininhərbçiləri tərəfindən Xankəndi sakini Cəlil kişinin hamiləgəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını dasöyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Избранный
8
38
az.trend.az

10Источники