RU

Generalın yerinə o təyin edildi

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.

Ü.Zülfüqarov bu təyinatadək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə gömrük xidməti general-mayoru Güloğlan Muradlı olub. G.Muradlı Prezidentin 13 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Milli.Az

Избранный
42
30
milli.az

10Источники