RU

Maestronun xatirəsinə həsr olunan konsert

Avqustun 20-də Azərbaycanın dünyaşöhrətli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun (1912–1984) anadan olmasının 113-cü ildönümü tamam olub.

Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin təşəbbüsü və təşkilatçılığı ilə həmin gün axşam M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda Niyazinin xatirəsinə həsr olunan möhtəşəm konsert keçirilib.

Konserti rəsmilər, ictimaiyyət nümayəndələri və musiqisevərlər izləyiblər.

Əvvəlcə sənətşünas Leyla Quliyeva səhnəyə çıxaraq Niyazinin həyat və sənət yolundan söz açıb, onun musiqi mədəniyyətimizin inkişafına verdiyi mühüm töhfələrdən danışıb.

Sonra konsert proqramı təqdim olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova, solistlər Mirələm Mirələmov, Selcan Fermor Hesketh və Güllü Muradova çıxış ediblər.

Избранный
13
6
publika.az

8Источники