RU

Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan

Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün heç bir səbəb görmürəm.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Növbədənkənar seçkilərlə bağlı yanaşmalar, çağırışlar, hətta fikirlər var, amma bu fikirlərin əsaslılığını hələ də yoxlamaq lazımdır”, - Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin ölkənin əsas qanunlarına zidd olduğu aşkar olunarsa, düzəlişlər etməyə hazır olduğunu əvvəllər də bəyan edib:

“Hazırda bu barədə düşünməyə ehtiyac yoxdur. Amma eyni zamanda xatırlatmaq istərdim ki, biz yeni konstitusiya qəbul etmək niyyətindəyik. Mən vaxtilə konstitusiyanın qəbulu üçün son müddəti 2027-ci il elan etmişdim. Biz yeni konstitusiya layihəsi üzərində işləyirik və o hazır olanda böyük ehtimalla referenduma gedəcəyik”.

Избранный
13
2
axar.az

3Источники