Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 14-ü azyaşlıdır.
Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Sevil Seymur
20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Report"un Qərb bürosuna TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Şəmkirdə qidadan zəhərlənən 20 nəfərin adları məlum olub.
"Report"un Qərb bürosu dönərdən zəhərləndiyi ehtimal olunan şəxslərin adlarını təqdim edir:
1991-ci il təvəllüdlü V. Hüseynov
2019-cu il təvəllüdlü D. Bayramlı
2014-cü il təvəllüdlü X. Abbasova
1987-ci il təvəllüdlü G. Babayeva
2020-ci il təvəllüdlü Ö. Abbasov
2011-ci il təvəllüdlü Ş. Babayeva
2013-cü il təvəllüdlü Q. Babayev
2016-cı il təvəllüdlü H. İsmayılov
2022-ci il təvəllüdlü A. Hüseynova
2005-ci il təvəllüdlü N. Nağıyeva
2002-ci il təvəllüdlü A. Muradov
2019-cu il təvəllüdlü S. İsmayılov
1978-ci il təvəllüdlü E. Muradova
2020-ci il təvəllüdlü A. Qurbanova
1986-cı il təvəllüdlü G. İsmayılova
1998-ci il təvəllüdlü A. Vəlizadə
1996-cı il təvəllüdlü T. Süleymanova
1975-ci il təvəllüdlü R. Əhmədova
1986-cı il təvəllüdlü G. Bayramlı
1996-cı il təvəllüdlü N. Süleymanlı
Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onların dönərdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.