RU

Hərbi hissə yoldaşı tərəfindən öldürülən şəxsə necə şəhidlik statusu verilib? - ŞOK İDDİALAR

Şirvan sakini Əliyev Ağadur Gülalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Şamaxı Rayon Məhkəməsində qanunlar "çeynənilir":

“Mən, Əliyev Ağadur Gülalı oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 8 ildir Şamaxı Rayon Məhkəməsində saxta şəhidlik statusu almış Niftəliyev Bəxtiyar Şakir oğlu tərəfindən məhkəməyə verilmişəm. Adını çəkdiyim şəxs iddia edir ki, mən onun saxta şəhidlik statusu almış qardaşını təhqir etmişəm.

İllərdir məhkəmə davam edir. Mən bu yaşıma kimi kimisə təhqir etməmişəm, etmərəm də. Amma bu ailə özlərindən xoflanaraq, məni məhkəməyə veriblər.

5 il məhkəmə prosesi davam edəndən sonra mənə 2 min manat cərimə yazdılar. Hazırda isə məhkəmə hansı qanunsuz addımı atıb, hansı məbləğdə cərimə yazacaq, bilmirəm. Azərbaycanda məhkəmə sistemləri bərbad haldadır, qanunu oyuncaq ediblər.

Burada sual yarana bilər ki, mən niyə Niftəliyev Bəxtiyar Şakir oğlunun şəhidliyindən şübhəliyəm? Deməli, 1993-cu ilin noyabr ayında qonşu evdən səs-küy eşitdim. Getdim, evin qadınları məktub göstərdilər. Məktubda yazılmışdı: “7 min manat gətirib verməsəniz, məni öldürəcəklər”. Həqiqətən də həftə sonu oğlanın meyitini gətirdilər.

Müstəntiq şahid qismində hətta mənim adımı da qeyd etdi. Niftəliyev Bəxtiyarı hərbi hissədə öz hərbi yoldaşı vurub öldürmüşdü. Həmin adam 9 il iş alıb. Lakin necə olubsa, bizim səlahiyyətli qurum hərbi hissə yoldaşı tərəfindən öldürülən adama şəhidlik statusu verib. Özü də nə az, nə çox, 5 il sonra.

Məni məhkəməyə verən qonşum, qardaşı üçün saxta şəhidlik statusu alan Niftəliyev Balabəy Şakir oğlu məhkəmədə hakimin qarşısında başını aşağı salıb dayanırdı. Hakim deyirdi ki, Ağadur bəy şəhid qardaşın haqda nə deyib, onu necə təhqir edib? Cavab verə bilmir.

Bir sözlə, haqszılığın qurbanı oldum. Mən gördüklərimi, bildiklərimi dedim.

Ailəyə məxsus üzüm bağında dəfələrlə işə baxan hakim Etibar Humbətovu gördüm. Maşını saxlayıb, onları gördüyümü də bəlli etdim. Həmin üzüm bağı mənə 30 min manat cərimə yazılsın deyə hakimə bağışlandı.

Etibar Humbətov

Hazırda bağ hər iki sahibini itirmiş kimi baxımsız vəziyyətdədir. Hakim görüb ki, mənimlə heç cür bacara bilmir, qanunları bilən, haqqımı tələb edən adamam, mənim xəbərim olmadan, mənə heç bir bildiriş göndərmədən, qərar verərək 2 min manat məbləğində cərimə edib.

Üzərindən xeyli müddət keçəndən sonra Şamaxı İcra probasiya şöbəsindən mənə zəng gəldi. İcra məmuru qeyd etdi ki, məhkəmənin qərarını niyə icra etmirsiz? Ünvanı öyrənib, dərhal yanına getdim. Orada aydın oldu ki, mənə heç bir bildiriş göndərilməyib. Hakim və müavini də bunu təsdiqlədi. Dedilər ki, qarışığa düşüb.

Əslində isə, bu, bir oyun idi. Apellyasiya Məhkəməsinə şikayət vermə hüququm əlimdən alınmışdı. Məhkəmə vaxtı hakimdən xahiş etdim ki, öldürülən şəxsin hansı vəziyyətdə öldürüldüyü haqda sorğu versin. Amma vermədi. Əgər adam erməni gülləsi ilə öldürülmüşdüsə, bunu niyə gizlətdilər?! Oğlanın meyitini qapılarına gətirəndə heç bir qardaşı ona yaxın durmadı, bütün köməkləri mən etdim. Güllənin hardan girib çıxdığını da görmüşdüm.

Yuxarıda qeyd etdiyim kimi, onu vuran hərbi yoldaşı da həbs edilmişdi. Lakin, bildiyiniz kimi, bizim ölkədə qanun şah deyil...

Hakim və digər saxtakarların mənim adımdan hansısa vacib sənədlərə qol çəkdiklərini də sübut etmişəm. Ekspertizanın rəyi bunları təsdiq edib. Lakin, dediyim kimi, bunlar qanunlarımızı əllərində oyuncaq ediblər". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Избранный
21
hurriyyet.az

1Источники