Bakı. Trend:
Ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisasseçiminin nəticələri gələn həftə elan olunacaq.
Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən bildirilib.
“Nəzərinizə çatdırırıq ki, hazırda müsabiqə nəticələrininemalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsilmüəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan –Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət TibbUniversitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva DövlətUniversitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədənmüsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanlarınsiyahıları dəqiqləşdirilir. Bu proses müəyyən qədər vaxt tələbedir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elanolunması nəzərdə tutulur”, - DİM-dən bildirilib