Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri 294 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını vurub.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, bundan əlavə, dörd idarə olunan aviasiya bombası da zərərsizləşdirilib. Qeyd olunur ki, hücumların qarşısının alınması Rusiya ərazisinin təhlükəsizliyi üçün həyata keçirilib.