RU

“Finoko” BOKT səhmdarın hüquqlarını pozur – MƏHKƏMƏ

Bank Olmayan Kredit Təşkilatı “Finoko” ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “Finoko” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 426-cı maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə, vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

“Finoko” ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 27 avqust tarixində hakim Orxan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Finoko” BOKT Elmar və Elçin Əliyev qardaşlarının şərik kredit təşkilatıdır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Избранный
34
2
tribunainfo.az

3Источники