"İmişli" klubu Quba Olimpiya İdman Kompleksinin stadionunda Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirib.
Bu barədə Far.Az-ə bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məlumat verib.
O, sözügedən arenada təmir işlərinin davam etdiyini bildirib:
"İmişli" klubu ev oyunlarını keçirəcəyi Quba Olimpiya İdman Kompleksinin stadionunda artıq bir müddətdir ki, təmir və yenidənqurma işlərinə başlayıb. Hazırda stadionda Peşəkar Futbol Liqasının tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirilir. Paltardəyişmə otaqları, o cümlədən hakimlər, AFFA nümayəndələri üçün nəzərdə tutulan otaqlar müasir standartlara uyğunlaşdırılır. Konfrans zalı yaradılıb, media zonası hazır vəziyyətə gətirilir. O cümlədən "CBC Sport"un yayım tələblərinə uyğun texniki platformalar quraşdırılır. "İmişli" PFK ev oyunlarını sentyabrdan etibarən Quba şəhərində keçirməyi planlaşdırır. Bu məqsədlə bütün zəruri addımlar atılıb və prosesə nəzarət diqqətlə həyata keçirilir".
Qeyd edək ki, "İmişli" I turda "Turan Tovuz"u Şamaxı şəhər stadionunda qəbul edib.