RU

"Erməni-Amerika şirkəti yola nəzarət etməyəcək" - Paşinyan

"Erməni-Amerika şirkəti yola nəzarət etməyəcək, onu idarə edəcək, yəni biznes idarəçiliyini həyata keçirəcək". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. 

"Dəmir yolu bir çox yaşayış məntəqələrimizdən, yollarımızdan keçir, onlarla, hətta yüzlərlə yerdə keçid məntəqələri var. Nə vaxtsa həmin dəmir yolundan keçərkən hansısa erməni, iran, gürcü və ya avropalı avtomobil hər hansı problemlə üzləşirmi? Xeyr, çünki bura Ermənistan Respublikasının yurisdiksiyasının ərazisidir", - deyə o qeyd edib. 

Paşinyan Vaşinqton sənədində yer alan və qarşılıqlı faydadan bəhs edən qarşılıqlılıq prinsipinə də diqqət çəkib: "Yeri gəlmişkən, biz heç vaxt deməmişik ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında ünsiyyətə əngəl törədəcəyik. Vaşinqton Bəyannaməsində qeyd olunur ki, Azərbaycanın üstünlüyü, yəni əlaqənin olmasının üstünlüyü yuxarıda qeyd olunan prinsiplər çərçivəsində vurğulanır". 

Ağarza Elçinoğlu 

Избранный
13
2
unikal.az

4Источники