RU

Suriyadan ŞOK qərar: Türkiyə məhsullarına qadağa

Suriya hökuməti Türkiyədən idxal olunan iyirmi adda məhsula qadağa qoyub.

Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Ticarət Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Suriya Quru və Dəniz Limanları Administrasiyasının 27 iyul 2025-ci il tarixli qərarına əsasən, bir sıra kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, badımcan, bibər, alma, şaftalı, qarpız, üzüm, fıstıq, giləmeyvə, balqabaq və s.) və toyuq ətinin idxalına müvəqqəti qadağa qoyulub.

Nazirlik həmçinin qeyd edib ki, Türkiyə hazırda Suriyanın ən böyük ticarət tərəfdaşıdır və son bir ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki dövrlə müqayisədə 54,31 faiz artıb.

Mürtəza

Избранный
6
1
olke.az

2Источники