RU

Macar hücumçu: “Qarabağ”la oyunda heç-heçəyə can atırdıq, bacarmadıq"

"Hələ heç nə bitməyib".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Ferensvaroş”un hücumçusu Jombor Qruber Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, məğlubiyyəti şərh edib:

"Üçüncü qolun qarşısını almaq olardı, təəssüf ki, bacarmadıq.

Hesab 1:2 olanda biz heç-heçəyə can atırdıq. Səfər oyununda daha erkən qol vurmaq istəyirik. Daha yaxşı olduğumuzu göstərməliyik”.

Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Избранный
26
1
sportinfo.az

10Источники