RU

Ermənilərin dağıtmadığı məzarlıq

Şuşada Yuxarı Gövhər ağa məscidinin yanında qədim bir məzarlıq var. Çox maraqlıdır ki, niyə bütün Şuşada məzarları dağıdan ermənilər bunlara toxunmayıb. Zəng etdim tarixçi alim Bayram Quliyev -ə və o izah verdi ki, bu məzarlıq XX əsrin əvvələrində ermənilər tərəfindən soyqırıma məruz qalmış Azərbaycanlılardır. Ermənilər onları fars-iranlı bildikləri üçün buranı dağıtmayıblar.
Burda diqqətimi çəkən ay ulduz işarələridir ki, bunu araşdırmaq qərarına gəldim
Fotoları tanış bir ərəb-fars dillərini bilən dostlara göndərdim. Yerli sakinlərlə də danışdım.
Demək əldə etdiyim məlumatlar :
1) Başlıq: (Hüvə’l-Baqi – “Baqi olan yalnız Allahdır”).
Yazının ortasında: (Mərhum və məğfur … ibn … – rəhmətlik və bağışlanmış, filankəs oğlu filankəs).
Ad hissəsində “Hüseyn” sözləri seçilir – ola bilsin ki, mərhumun atasının adı Hüseyn, öz adı isə İslam və ya əksinədir.
Ən aşağıda: hicri təqvimlə ölüm tarixi. Burada 1300 rəqəmi aydın görünür. Bu da miladi ilə təxminən 1882–1883-cü illərə uyğun gəlir.
Baqi olan yalnız Allahdır.
Rəhmətlik və bağışlanmış … Hüseyn oğlu,
İslamın bəndəsi.
Hicri 1300-cü ildə (miladi 1882–1883) vəfat etmişdir.”
Şuşada bir məzarların üzərində qəbirüstü kitabələrin başlanğıcında yazılan klassik ifadədir, “Baqi olan yalnız Allahdır” deməkdir.
2)Başlıq hissəsi (ayparanın altında):
Böyük ehtimalla “Hüvə’l-Baqi – “Baqi olan yalnız Allahdır” yazılıb deyə mənə izah etdilər
Orta sətirləri bu cürə oxudular:
Burada mərhumun adı və atasının adı yazılıb. Mən bəzi hərfləri seçə bilirəm, məsələn “filankəs oğlu filankəs”
Çox vaxt belə yazılır:
Mərhum
əl-Məğfur – bağışlanmış (Allah rəhmət eləsin)
Ardınca adlar gəlir.
Aşağı hissədə isə yazılır:
Sonda hicri təqvimlə ölüm tarixi olur. Orada sənədə – “il …” yazılır.
Yazının ümumi məzmunu belədir:
“Baqi olan Allahdır.
Mərhum / rəhmətlik filankəs oğlu filankəs.
Allah rəhmət eləsin.
(Hicri …-ci ildə vəfat edib).”
Bunun üçün bu sahə üzrə bir iki mütəxəssislərə də göndərdim. Onların cavabı belə oldu:
Yazını tam oxumaq çətindir, çünki daş köhnəlib və yazılar bir qədər silinib. Amma bu tip yazılarda adətən mərhumun adı, atasının adı, bəzən də “rəhmətlik”, “mərhum”, “Allah rəhmət eləsin” kimi ifadələr yazılırdı. Çox vaxt belə başlayır:
“Hüvə-l Baki” (yəni “Baki olan ancaq Allahdır”),
Bir sözlə Şuşa və Qarabağda araşdırmalar üçün çox məkanlar və abidələr var ki, bunlar üçün uzun zaman tələb edilir. Xankəndində ermənilərin “nənə-baba” heykəlinə yaxın yerdə də bir qədim məzarlıq aşkar elədim. Ora keçmək çox çətin idi. İnşəallah gələn səfər hazırlıqlı gələcəm
Yazıda əgər hər hansı bir tərcümə xətası varsa kömək etsəniz sevinirəm.
Prof.Dr. Zaur Əliyev
Избранный
13
veteninfo.az

1Источники