RU

Dubinski: “Ukrayna təhlükəsizliyi təmin etmək üçün konstitusiyanı dəyişməlidir”

ain.az, Ayna portalına istinadən məlumat verir.

“Bu variant “Avstriya ssenarisi”dir və Ukrayna üçün ən münasibdir”

“Ukrayna təhlükəsizlik zəmanəti almaq üçün bir sıra şərtləri yerinə yetirməlidir ki, onlardan biri də ölkə konstitusiyasının dəyişdirilməsidir”. AYNA.AZ bildirir ki, bu sözləri Ukraynaya xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski öz “Telegram” kanalında yazıb.

“Ukrayna yalnız seçkilərin keçirilməsi və konstitusiya da daxil olmaqla qanunların dəyişdirilməsi ilə bağlı öhdəlikləri üzərinə götürdükdən sonra zəmanət alacaq”, o deyib.

Onun sözlərinə görə, bu variant “Avstriya ssenarisi”dir və Ukrayna üçün ən münasibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
ayna.az

1Источники