RU

Rəqsanənin əri istintaqa cəlb edildi

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov istintaqa cəlb olunub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Fazil Əmiraslanov Bakıya gəlib və artıq istintaqda ifadə verib.

Avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb. Sezar pizza

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Rəqsanə İsmayılovanın həbsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib. Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Müğənnidən şikayətçi olan Gündüz Məmmədov dünən videomüraciət yayıb. O, müraciətdə Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov tərəfindən aldadılmaları barədə danışıb.


Telegram kanalımız
Избранный
45
49
yenisabah.az

10Источники