RU

Argentinada matç zamanı üç azarkeş həlak olub

Argentinanın “İndependyente” və Çilinin “Universidad de Çili” komandaları arasında futbol üzrə Cənubi Amerika Kubokunun 1/8 final mərhələsinin cavab oyunu zamanı tribunada baş verən iğtişaşlar nəticəsində üç azarkeş həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dailysports portalı məlumat yayıb.

Qarşılaşma 62-ci dəqiqədə 1:1 hesabı ilə dayandırılıb. İğtişaşlar zamanı uşaqlar da daxil olmaqla yüzlərlə azarkeş müxtəlif xəsarətlər alıb, onlardan birinin vəziyyəti ağırdır. Polis 300-dən çox adamı saxlayıb.

Çili prezidenti Qabriel Boric hadisəni pisləyib, həm azarkeşlərin qəzəbli davranışını, həm də matçın məsuliyyətsiz təşkilini qeyd edib, həm də günahkarların cəzalandırılmasını istəyib.

Избранный
16
ucnoqta.az

1Источники